DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etmiş Masallı rayon sakini Müşfiq Babayev, Yevlax rayon sakini Təbriz Abbasov və Tərtər rayon sakini Ramil Bədirxanov tutulmuşlar

26.12.2007

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində G.Rəsulovanın evindən oğurluq etmiş rayon sakini Müşfiq Babayev tutulmuşdur. Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Kərimovun evindən oğurluq etmiş rayon sakini Təbriz Abbasov tutulmuşdur. DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 26-da Bərdə-Bakı sərnişin qatarında Bərdə rayon sakini İradə Nəbiyevanın 1 ədəd mobil telefonunu və 90 manatını oğurlamış Tərtər rayon sakini Ramil Bədirxanov tutulmuşdur.

26.12.2007 tarixinə olan kriminal məlumatlar