Nəqliyyat Departamentinin işçiləri kimi təqdim etmiş 3 naməlum şəxs Şarzad Dəmirovu təhqir etmiş və ona məxsus avtomaşının dövlət qeydiyyat nömrə nişanlarını açmışlar
26.12.2007Dekabrın 6-da Sabunçu rayonundakı Y.Əliyev küçəsində özlərini Nəqliyyat Departamentinin işçiləri kimi təqdim etmiş 3 naməlum şəxs Əmircan qəsəbə sakini Şarzad Dəmirovu təhqir etmiş və ona məxsus "VAZ-2106" markalı avtomaşının dövlət qeydiyyat nömrə nişanlarını açmışlar. Sabunçu RPİ 13-cü PB tərəfindən araşdırmalara aparılır.