Maştağa qəsəbəsindəki bağ evlərinin birində yanğın baş vermiş yanğının təfərrüatları müəyyən edilmişdir
18.05.2019Mayın 18-də saat 18 radələrində Maştağa qəsəbəsindəki bağ evlərinin birində yanğın baş vermişdir. Nəticədə konstruksiyalar yanmış, yanğın söndürüldükdən sonra ev sahibəsinin yanmış meyiti tapılmışdır.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz tədbirlərlə həmin evdə yaşayan əvvəllər məhkum olunmuş Tahirin anası Rübabə Bağırovanı boğaraq qətlə yetirdiyi, sonra isə izi itirmək məqsədilə evi yandırdığı müəyyən edilmişdir.
Əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən T.Bağırov tutulmuşdur.Faktla bağlı cinayət işi başlanılmışdır.