DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etmiş Xırdalan şəhər sakinləri Hacıbala Əsgərov, Anar Sadıqov və Bakı şəhər sakini Rüfət Mahmudov tutulmuşlar

25.12.2007

Cari il sentyabrın 1-də Novxanı dəniz çimərliyindəki "Barbados" İstirahət Mərkəzində Bakı şəhər sakini Teymur Nəbiyevə məxsus "VAZ-2106" markalı avtomaşından açar seçmək yolu ilə 1900 manat və 2 ədəd mobil telefon oğurlanmışdır. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətmiş Xırdalan şəhər sakinləri Hacıbala Əsgərov, Anar Sadıqov və Bakı şəhər sakini Rüfət Mahmudov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Bakı şəhər sakini Vəzifə Şirinovaya qarşı soyğunçuluq etmələri müəyyən edilmişdir.