DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Buta qəsəbəsində yaşayan Qətibə Məmmədquliyevanı və onun qızı Leylanı qətlə yetirmiş Buta qəsəbə sakini Şahin Hüseynov tutulmuşdur

23.12.2007

Dekabrın 22-də Qaradağ rayonu Buta qəsəbəsi Yuxarı Buta küçəsi ev 16-da yaşayan Qətibə Məmmədquliyevaya məxsus 2 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra Q.Məmmədquliyevanın və qızı Leylanın yanmış meyitləri tapılmışdır. Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanmışdır (meyitlərin müayinəsi zamanı onların üzərində bıçaq yaraları aşkar edilmişdir). Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qətibə Məmmədquliyevanı və onun qızı Leylanı qətlə yetirmiş Buta qəsəbə sakini Şahin Hüseynov tutulmuşdur.