DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Ucar rayonunun Alpoud kəndində yol-nəqliyyat hadisəsi

22.12.2007

Saat 23.00 radələrində Ucar rayonunun Alpoud kəndində Türkiyə vətəndaşı Ramis Qaraqul oğlu Bakıdan Türkiyəyə gedən "Mercedes" markalı avtobusu idarə edərkən onu aşırmış və hadisə yerindən qaçmışdır. Nəticədə sərnişinlərdən Sabirabad rayon sakini Maral Osmanova, Xaçmaz rayon sakini Həcər Rəşidova və 25-30 yaşlı 2 qadın (şəxsiyyətləri müəyyənləşdirilir) hadisə yerində ölmüş, 24 sərnişin xəstəxanaya yerləşdirilmişdir. Onlardan 12 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, 12 nəfərinin vəziyyətləri isə qənaətbəxşdir. Ucar RPŞ tərəfindən araşdırmalar aparılır.