DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonundakı Böyük Şor şossesində yol-nəqliyyat hadisəsi

22.12.2007

Saat 08.00 radələrində Sabunçu rayonundakı Böyük Şor şossesində Bakı şəhər sakini Emin Mahmudovun idarə etdiyi "Tofaş" markalı və Şüvəlan qəsəbə sakini Bahadur Səlimovun idarə etdiyi "Ford" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış hər iki sürücü və sərnişinlər, Bakı şəhər sakinləri Novruz Muradov, Xəqani Muradov və Vahab Eynalov xəstəxanaya yerləşdirilmişlər. E.Mahmudov orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.