DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı oyuncaqlar götürmüşlər

22.12.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Hacıqabul RPŞ əməkdaşları Hacıqabul rayon sakini Fərhad Zərbəliyevdən 6,6 qram heroin, DİN Baş Mühafizə İdarəsi əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Faiq İslamovdan 0,254 qram heroin, Yasamal RPİ əməkdaşları Bakı şəhər sakini Kamil Gözəlovdan 0,327 qram heroin götürmüşlər. Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İbrahim İbrahimova narkotik vasitə satmış Abşeron rayon sakini Natiq Rəşidov tutulmuş, ondan əlavə 0,523 qram heroin götürülmüşdür. Habelə N.Rəşidova narkotik vasitəni satmış Abşeron rayon sakini Zakir Ayvazov tutulmuş, ondan 8,251 qram heroin götürülmüşdür.