Zərdab rayon sakini M.Bəkirli qaçırdığı avtomobili idarə edərkən qəza törətmişdir
11.04.2019Aprelin 9-da saat 2 radələrində Səbail rayonunun Ü.Hacıbəyov küçəsindən Bakı şəhər sakini A.Qəhrəmanovun “Mercedes” markalı avtomobili qaçırılmışdır.
Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Zərdab rayon sakini M.Bəkirli tərəfindən qaçırılması və həmin gün saat 5 radələrində Q.Qarayev prospektində idarə edilərkən Bakı şəhər sakini G.Ağazadənin idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşması müəyyən edilmişdir.
G.Ağazadəyə xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.M.Bəkirli 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır.