Maştağa qəsəbə sakini E.Dövlətovdan müvafiq sənədləri olmayan ov tüfəngi, 2 ədəd patron və bir ədəd bıçaq götürülmüşdür
11.04.2019Sabunçu RPİ 14-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Dövlətovdan müvafiq sənədləri olmayan “İJ-18 EM” markalı ov tüfəngi, 2 ədəd patron və bir ədəd bıçaq götürülmüşdür.