Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonundakı "Pirsaat" adlanan hərbi şəhərciyin ərazisindəki evdə baş verən yanğın nəticəsində 3 nəfər ölmüşdür

20.12.2007

Saat 05.00 radələrində Qaradağ rayonundakı "Pirsaat" adlanan hərbi şəhərciyin ərazisində, ümumi sahəsi 100 kvm. olan (5 ailənin yaşadığı) fin tipli evdə yaşayan Qurban Hüseynovun mənzilində yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, Q.Hüseynovun qızı Pinar və qonaqları, Qax rayon sakinləri Qalibə Qazaxova və Amaliya Əliyeva yanaraq ölmüşlər.