Nərimanov rayonu Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi
30.03.2019Martın 30-da saat 19 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakini Ə.Əlizadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Vüqar İbrahimovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.