Oğurluq etdiyinə görə tutulmuş Nardaran qəsəbə sakini Faiq Əhmədovun bağ evində Məmməd adlı şəxsi qətlə yetirməsin barədə məlumat əldə edilmişdir
20.12.2007Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etdiyinə görə tutulmuş Nardaran qəsəbə sakini Faiq Əhmədovun 1990-cı ilin yaz aylarında yaşadığı qəsəbənin ərazisindəki bağ evində Məmməd adlı şəxsi qətlə yetirməsi və torpağa basdırması barədə məlumat əldə edilmişdir. Qeyd edilən bağ evinin ərazisinə baxış zamanı insan cəsədinin qalıqları aşkar edilərək çıxarılmış və onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.