Xızı rayonunun Giləzi qəsəbəsində yol-nəqliyyat hadisəsi
19.12.2007Saat 09.20 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində Altıağac qəsəbə sakini Rasim Nəzərovun idarə etdiyi "PAZ" markalı və Quba rayon sakini Şahin Sadıqovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşlar. Nətixədə sürücülər hadisə yerində ölmüş, «PAZ» markalı avtomaşının sərşinləri, Altıağac qəsəbə sakinləri Elşən Əhmədov, Samirə Əhmədova, Zeyvə Hümbətova, Nailə Kərimova, İlahə Kərimova və Giləzi qəsəbə sakini Cəbi Cəbiyev xəsarətlə xəstəxanaya yerləşdirilmişlər. Xızı RPŞ tərəfindən araşdırmalar aparılır.