Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 19 cinayət faktı qeydə alınmışdır

18.08.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 19 cinayət faktı qeydə alınmışdır ki, onların da 17-i "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 4 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınmışdır. Yanğın nəticəsində 2 nəfər yaralanmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 23 nəfər tutulmuşdur.