Füzuli rayonunun Qayıdış-6 qəsəbəsinin ərazisində suvarma qurğularının birindən 132 metr elektrik naqilini kəsərək oğurlamaqda şübhəli bilinən M.Abdinov saxlanılmışdır
24.03.2019Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-nə keçən gecə Qayıdış-6 qəsəbəsinin ərazisində suvarma qurğularının birindən 132 metr elektrik naqilini kəsərək oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini M.Abdinov saxlanılmışdır. Onun digər suvarma qurğusundan 170 metr elektrik naqilini kəsərək oğurlaması da müəyyən edilmişdir.