Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yevlax rayonunun Ərəbbəsrə kənd sakini T.Qafarovu odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən Şəki rayon sakini H.Mirzəyev saxlanılmışdır

23.02.2019

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhərində baş vermiş qətl hadisəsinin üstü açılmışdır.

Fevralın 21-də Yevlax rayonunun Ərəbbəsrə kəndi ərazisində kənd sakini T.Qafarovun  gözətçi işlədiyi yerin yaxınlığındakı ərazidə odlu silahla qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğunun  əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində T.Qafarovu münaqişə zəminində ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən Şəki rayon sakini, əvvəllər məhkum olunmuş H.Mirzəyev saxlanılmışdır.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.