Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 21 cinayət faktı qeydə alınmışdır

17.08.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 21 cinayət faktı qeydə alınmışdır ki, onların da 16-ı "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur.