Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Oman Afonin və Yevlax rayon sakini Aqşin Salmanov saxlanılmışlar
18.01.2019Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki təmir sexlərinin birinin həyətindən 800 manat dəyərində mis qırıntıları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Oman Afonin və Yevlax rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Aqşin Salmanov saxlanılmışlar.