Oğurluqda şübhəli bilinən Zaqatala şəhər sakinləri olan 3 nəfər saxlanılmışdır
18.01.2019Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 18-nə keçən gecə Çökək kəndi ərazisindəki mağazaların birindən qapını sındırmaq yolu ilə 100 manat pul, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri olan 3 nəfər saxlanılmışdır.