DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

05.12.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Mühafizə İdarəsi və Yasamal RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Vəliyevdən 1,27 qram tiryək, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakini Çingiz Musayevdən 40 qram tiryək, Biləsuvar RPŞ əməkdaşları narkotik vasitə ilə tutulmuş Kamaləddin Rəsulovun evinə baxış zamanı əlavə 1,386 qram heroin, Xaçmaz RPŞ əməkdaşları Şollar kənd sakini, əvvəllər məhkum olunmuş Sədulla Qafarovdan 102,76 qram marixuana, Yevlax RPŞ əməkdaşları rayon sakini Möhsüm Musayevdən 12,57 qram marixuana götürmüşlər.