DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi

04.12.2007

Saat 09.00 radələrində Suraxanı rayonu ərazisində Zığ qəsəbə sakini Nizami Əliyevin idarə etdiyi "VAZ-2107" markalı, Hövsan qəsəbə sakini İlham Mailovun idarə etdiyi "Mercedes" markalı, Cəbrayıl rayon sakini Tehran Cəfərovun idarə etdiyi "VAZ-2107" markalı və Türkan qəsəbə sakini Etibar Fərziyevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuş, sonradan "Mercedes" markalı avtomaşında yanğın baş vermişdir. Nəticədə T.Cəfərovun sərnişinlərindən Zərqələm Həsənov hadisə yerində ölmüş, özü və Cəbrayıl rayon sakini Valeh Həsənov, habelə İ.Mailovun sərnişinləri, Xırdalan şəhər sakini Cəbrayıl Nuriyev, Füzuli rayon sakini Ədalət Bəylərov, M.Ə.Rəsulzadə qəsəbə sakini Əfəndi Fərhadov, eləcə də N.Əliyev və onun sərnişini, Gürcüstan vətəndaşı Kamandar Balakişiyev xəsarətlə xəstəxanaya yerləşdirilmişlər. Suraxanı RPİ tərəfindən araşdırmalar aparılır.