Buzovna qəsəbəsindəki evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən qəsəbə sakini A.Fəttayev saxlanılmışdır
10.01.2019Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-dən 10-dək olan müddətdə Buzovna qəsəbəsindəki evlərin birindən pul, televizor, noutbuk, suvenirlər, digər elektrik, məişət və bəzək əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Anar Fəttayev saxlanılmışdır.