Binəqədi rayonundakı Azadlıq prospektində yol-nəqliyyat hadisəsi
03.12.2007Saat 20.00 radələrində Binəqədi rayonundakı Azadlıq prospektində Bakı şəhər sakini Nuridə Maqsudova "KİA" markalı avtosmaşını idarə edərkən Bakı şəhər sakini Elşən Gülüşovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş E.Gülüşov orada ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırmalar aparılır.