Xətai rayonu Nobel prospektində idarə etdiyi avtomobillə piyadanı vuran sürücü Q.Qurbanov saxlanılmışdır
21.12.2018Dekabrın 21-də saat 19 radələrində Xətai rayonu Nobel prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Ləman Süleymanlı vurulmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada ölmüşdür.
Bakı şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti və Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədənin “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Qurbanəli Qurbanov olması müəyyən edilmiş və o, saxlanılmışdır.