DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
03.12.2007Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ərçivan kənd sakini Xanəli Cəfərovdan 5,75 qram marixuana və 0,367 qram heroin götürülmüşdür. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Seymur Nəzərov və Elnur Quliyev 87, 510 qram heroini satarkən tutulmuşlar.