Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Naxçıvanski küçəsində yaşayan 7-ci sinif şagirdi Arzu Ələsgərova tapılaraq valideynlərinə təhvil verilmişdir

03.12.2007

Dekabrın 3-də saat 13.40 radələrində Nizami rayonundakı Naxçıvanski küçəsi ev 57 "A" mənzil 14-də yaşayan 13 yaşlı, 7-ci sinif şagirdi Arzu Ələsgərova təhsil aldığı orta məktəbə getmiş və geri qayıtmamışdır. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əlsəgərova elə həmin gün Səbail rayonu ərazisindən tapılaraq valideynlərinə təhvil verilmişdir. Məlum olmuşdur ki, Arzu məktəbdə iki fənndən "qeyri-kafi" qiymət aldığına və çantasında olan mobil telefonunu itirdiyinə və buna görə də valideynlərinin danlağına tuş gələcəyindən ehtiyatlanaraq evlərinə getməyə tərəddüd etmişdir.

03.12.2007 tarixinə olan kriminal məlumatlar