Naxçıvanski küçəsində yaşayan 7-ci sinif şagirdi Arzu Ələsgərova tapılaraq valideynlərinə təhvil verilmişdir
03.12.2007Dekabrın 3-də saat 13.40 radələrində Nizami rayonundakı Naxçıvanski küçəsi ev 57 "A" mənzil 14-də yaşayan 13 yaşlı, 7-ci sinif şagirdi Arzu Ələsgərova təhsil aldığı orta məktəbə getmiş və geri qayıtmamışdır. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əlsəgərova elə həmin gün Səbail rayonu ərazisindən tapılaraq valideynlərinə təhvil verilmişdir. Məlum olmuşdur ki, Arzu məktəbdə iki fənndən "qeyri-kafi" qiymət aldığına və çantasında olan mobil telefonunu itirdiyinə və buna görə də valideynlərinin danlağına tuş gələcəyindən ehtiyatlanaraq evlərinə getməyə tərəddüd etmişdir.