DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etdiklərinə görə tutulmuş Sərdar Pənahovun və Ceyhun Abbasovun törətdikləri digər cinayət əməlləri də müəyyən edilib

16.12.2018

Oğurluq etdiklərinə görə tutulmuş Sərdar Pənahovun və Ceyhun Abbasovun ətraflarında Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 20-dən noyabrın 17-dək olan müddətdə rayon ərazisindəki 2 mağazadan pul oğurlamaları müəyyən edilmişdir.
Habelə Ceyhun Abbasovun “London Taxi” markalı avtomobildən 551 manat oğurlaması da müəyyən edilmişdir.