DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Ağcabədi rayonunun Boyat kəndi ərazisində yol-nəqliyyat hadisəsi

16.12.2018

Dekabrın 16-da saat 18 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisində Qaraxanlı kənd sakini Tahir Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda gedən Hacılar kənd sakini Rahim Rüstəmovun idarə etdiyi “T-28” markalı traktora vurmuş, sonradan idarəetməni itirdiyindən qarşıdan gələn Hindarx qəsəbə sakini Etibar Heydərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə çırpılmışdır. Nəticədə T.Əliyev və sərnişini - həmkəndlisi Namiq Fərzəliyev xəstəxanaya yerləşdirilmiş, N.Fərzəliyev orada ölmüşdür.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.