DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Partlayıcı oyuncaqlar və pirotexniki vasitələr götürülüb

16.12.2018

Polis əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 15-16-da keçirdikləri reydlər zamanı “Sədərək” ticarət mərkəzindəki mağazalardan  13962 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.