DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhərində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

14.12.2018

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.  

Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 13-cü mikrorayon ərazisindəki binalardan birinin liftinin əyləc dolaqlarını, 1 mağazadan plastik qapı, 4 evdən isə təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Əhmədov, 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 8 evdən pul və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Vəliyev, 1 marketdən və 1 avtomobildən məişət əşyası, 5 evin girişindən su sayğacı oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Akif Musayev, daha 5 evin girişindən su sayğacları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov saxlanılıblar.

Araşdırmalar aparılır.

14.12.2018 tarixinə olan kriminal məlumatlar