Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yol-nəqliyyat hadisəsi
02.12.2007Saat 19.00 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində Göyçay rayon sakini Kamran Seyidovun idarə etdiyi "Kamaz" markalı və Bakı şəhər sakini Hidayət Kərimovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə H.Kərimov və sərnişinlərindən, İmişli rayon sakini Ramiz Bəxtiyarov hadisə yerində ölmüş, xəsarət almış Bakı şəhər sakinləri Əfqan Məstəliyev və Nəbi Əliyev isə xəstəxanaya yerləşdirilmişlər. Abşeron RPŞ tərəfindən araşdırmalar aparılır.