Xətai rayonundakı M.Hadi küçəsində yol-nəqliyyat hadisəsi
02.12.2007Saat 21.30 radələrində Xətai rayonundakı M.Hadi küçəsində Bakı şəhər sakinləri Mahir Novruzovun idarə etdiyi "Azsamand" markalı və Elçin Məmmədovun idarə etdiyi "Hundai" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış M.Novruzov və sərnişini, həmyerlisi Vahid Həsənov, habelə E.Məmmədov və sərnişinləri, həmyerliləri Ceyhun Cəfərov, İlqar Məsimov xəstəxanaya yerləşdirilmişlər. Xətai RPİ tərəfindən araşdırmalar aparılır.