Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 29 cinayət faktı qeydə alınmışdır

14.08.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 29 cinayət faktı qeydə alınmışdır ki, onların da 25-i "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 4 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.