DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Sahib Cəfərli və qardaşı Mehdi saxlanılmışdır

03.12.2018

Noyabrın 26-da saat 1 radələrində Yasamal rayonunun Moskva prospektində 3 nəfər naməlum şəxs Sumqayıt şəhər sakini olan bir nəfərin idarə etdiyi “London-Taxi” markalı avtomobilə sərnişin qismində oturub Xırdalan şəhərinə gedəcəklərini bildirmişlər.

Xırdalan şəhəri ərazisində onlar sürücünü bıçaqla hədələyərək 63 manat pulunu və mobil telefonunu alıb hadisə yerini tərk etmişlər.

Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirdiyinə görə məhkum olunmuş Sahib Cəfərli saxlanılmışdır.
Bu cinayətdə şübhəli bilinən S.Cəfərlinin qardaşı, əvvəllər qəsdən sağlamlığa zərər vurduğu üçün 2 dəfə məhkum olunmuş Mehdi dekabrın 3-də Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırmalarla onun qanunsuz olaraq silah saxladığına görə axtarışda olması da müəyyən edilmişdir.

03.12.2018 tarixinə olan kriminal məlumatlar