DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluğa cəhd edən şəxs cinayət başında yaxalandı

01.12.2018

Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluğa cəhd edən şəxs cinayət başında yaxalanıb.  

Dekabrın 1-də Ağsu şəhəri ərazisində əhalinin su ilə təchiz edən xəttə quraşdırılmış avadanlığın alüminiumdan olan hissələrini çəkiclə sındırıb oğurlamağa cəhd göstərən şəxs Kürdəmir Rayonlararası Mühafizə Bölüyünün əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Ağsu RPŞ-yə təhvil verilən şəxsin Ağsu şəhər sakini Mahir Məmmədov olduğu müəyyən edilib.

Araşdırma aparılır.