DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhər sakini olan bir yeniyetmənin mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən S.Məmmədov saxlanılmışdır

02.12.2018

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də saat 12 radələrində, Gəncə şəhər sakini olan bir yeniyetmənin mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Məmmədov saxlanılmışdır.

Onun dekabrın 1-də daha bir nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilmişdir.