DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Ağcabədi rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar

02.12.2018

Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də rayon ərazisindəki evlərin birindən 200 manat oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Həsən Məmmədov və Zamin İbrahimov saxlanılmışlar.

Z.İbrahimovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun noyabrın 29-da daha bir evdən oğurluğa cəhd göstərməsi də müəyyən edilmişdir.