DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Noyabr ayı ərzində Nizami rayonu ərazisində 3 avtomobildən oğurluq etməkdə şübhəli bilinən E.Ağaverdiyev saxlanılmışdır

01.12.2018

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabr ayı ərzində rayon ərazisində 3 avtomobildən pul, təzyiqölçən aparat, mobil telefon, sənəd və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər soyğunçuluğa və quldurluğa görə məhkum olunmuş Elvin Ağaverdiyev saxlanılmışdır.