DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Pirallahı rayonunun Dübəndi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

01.12.2018

Dekabrın 1-də saat 23 radələrində Pirallahı rayonunun Dübəndi qəsəbəsi ərazisində Zirə qəsəbə sakini Namiq Zülfüqarov idarə etdiyi “Chevrolet” markalı avtomobili yol ayırıcısına (səkiyə) vurduqdan sonra yolun əks istiqamətinə keçərək qarşıdan gələn Xaçmaz rayon sakini Ümüd Alxasovun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşmuşdur. Nəticədə N.Zülfüqarov, sərnişinləri Şahin Qarayev, Anar Əliyev və Tərlan Cəlilov hadisə yerində ölmüş, bir nəfər isə xəstəxanaya yerləşdirilmişdir.

Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.