DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 102 cinayət faktı qeydə alınmışdır

30.11.2018

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 102 cinayət faktı qeydə alınmış, onların da 15-i “isti izlər”lə açılmışdır. 

  • Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunmuşdur. 
  • Axtarışda olduğuna görə ümumilikdə 39 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 11 nəfər xəsarət almışdır.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılmışdır.