DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 107 cinayət faktı qeydə alınmışdır

29.11.2018

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 107 cinayət faktı qeydə alınmış, onların da 19-u “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılmışdır.

29.11.2018 tarixinə olan kriminal məlumatlar