DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

İtkin düşmüş Qax şəhər sakini, ruhi xəstə, 21 yaşlı Zibeydə Əhmədova tapılaraq ailə üzvlərinə təhvil verilib

28.11.2018

Qax Rayon Polis Şöbəsinə şəhər sakini, ruhi xəstə, 21 yaşlı Zibeydə Əhmədovanın oktyabrın 19-da itkin düşməsi barədə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və  Qax RPŞ əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əhmədova paytaxtın Nəsimi rayonu ərazisində tapılaraq ailə üzvlərinə təhvil verilib.

28.11.2018 tarixinə olan kriminal məlumatlar