DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

28.11.2018

Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 27-nə keçən gecə Sarıcalar kəndi ərazisindəki oyun zallarının birindən 4 ədəd televizor, 10 ədəd oyun pultu və digər aksesuarlar oğurlamaqda şübhəli bilinən kənd sakini Mehman Nuriyev saxlanılıb.

Daha 2 televizor oğurluqları Mingəçevir ŞPŞ və Yevlax RPŞ-nin əməkdaşları tərəfindən açılıb. Həmin şəhərlərdəki 2 evdən televizorları oğurlamaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Mingəçevir şəhər sakini Sahil Hüseynli və Yevlax şəhər sakini Rizvan Abbasov saxlanılıblar.

Hər üç faktla bağlı müvafiq araşdırmalar aparılır.

28.11.2018 tarixinə olan kriminal məlumatlar