DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 125 cinayət faktı qeydə alınmışdır

27.11.2018

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 125 cinayət faktı qeydə alınmış, onların da 10-u “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunmuşdur.   
  • Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 4 nəfər xəsarət almışdır. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılmışdır.