DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Biləsuvar rayon sakini Mübariz Həziyevdən 2,450 kq tiryək və 4 qramdan artıq heroin, Şamaxı rayon sakini Xalis Hüseynovdan isə 2,775 kq marixuana götürülüb

26.11.2018

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Biləsuvar rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz Həziyevdən çəkisi 2 kiloqram 450 qram tiryək və 4 qramdan artıq heroin götürülüb.

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Şamaxı rayon sakini Xalis Hüseynovdan 2 kiloqram 775 qram marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.