DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Saatlı rayonunun Azadkənd kənd sakini Oqtay Əkbərovu qətlə yetirməkdə şübhəli bilinən Saleh Əkbərov saxlanılmışdır

25.11.2018

Noyabrın 25-də saat 2 radələrində Saatlı rayonunun Azadkənd kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Oqtay Əkbərovun baş nahiyəsində güllə yarası olan meyitinin idarə etdiyi “BMW” markalı avtomobilində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Birgə keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən O.Əkbərovun qardaşı oğlu, Azadkənd sakini Saleh Əkbərov saxlanılmışdır. Ondan hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “İJ-58” markalı tüfəng götürülmüşdür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.