Oğurluq etdiyinə görə tutulmuş E.İsayevin digər şəxslə birgə daha bir neçə avtomobildən oğurluq törətmələri müəyyən edilmişdir
11.11.2018Oğurluq etdiyinə görə tutulmuş Elxan İsayevin ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşlarıt tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun noyabrın 9-10-da Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ravil Məhərrəmovla birgə 4 avtomobildən pul, mobil telefon, qızıl və kosmetik əşyalar oğurlaması, habelə noyabrın 7-dən 10-dək olan müddətdə Biləcəri qəsəbəsi ərazisində 1 avtomobildən bankomat kartı oğurlaması, eləcə də 2 avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərməsi də müəyyən edilmişdir.
Görülmüş tədbirlərlə R.Məhərrəmov da polis əməkdaşları tərəfindən saxlanılmışdır.