Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
01.10.2018Oktyabrın 1-də saat 17 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Vüqar Paşayev idarə etdiyi “KamAZ-6520” markalı avtomobillə yolu keçən qəsəbə sakini – 9 yaşlı Ayxan Hüseynovu vurmuş və nəticədə azyaşlı hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.